Radio Antenn

Antenn Müstəqil Teleradio Kompaniyasının radiosu - radio "Antenn 101 FM"  1998-ci ildən etibarən fəaliyyət göstərir. Şirkətin həmtəsisçiləri  Rüstəm Qədim oğlu Əliyev (Prezident) və Rövşən Novruz oğlu Cavadovdur (Vitse-prezident). Radio "Antenn 101 Fm" 2000-ci il mayın 15-dən yayıma başlayıb. Bu vaxt ərzində radionun stabil dinləyici auditoriyası formalaşıb, əhatə coğrafiyası daha da genişlənib. Hazırda radiomuzun yayımlandığı verlişləri  Azərbaycanın bütün rayonlarında , dinləmək mümkündür. Kanalımız  24 saat boyunca  operativ siyasi, tematik xəbər proqramları, sosialyönümlü layihələrlə avtomobil həvəskarları üçün  tövsiyə xarekterli verlişlərlə zövqlü, düşündürücü, dünya və milli  musiqilərlə  xidmətinizdədir. Radio "Antenn 101 FM” sizlər üçün belə bir imkan təmin edir. “Antenn 101 FM”radiosu  sosial mediada  aktivliyi ilə seçilir,verlişlər internet üzərindən canlı yayımlanır. Radionun yayımı dünya standartlarına uyğun müasir avadanlığa sahib Almaniyanın "Rohde & Schvartz" və italiyanın “DB Elettronica” firmalarının istehsalı olan 1-2,5 kwат gücü olan 8 ötürücü vasitəsi ilə həyata keçirilir. Efirə çıxan bütün proqramlar Azərbaycan dilindədir. "Antenn" 101 FM radiosunu ANTENN.AZ internet saytında və  Azerspace -46-cı dərəcə , tezlik-11135 MHZ, S/R-27500 , FEK-avto dalğasında peyk yayımı vasitəsi ilə  internet  üzərindən dünyanın hər yerində canlı dinləyə bilərsiniz.  “Antenn 101 FM” radiosunu antenn.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür.

Şuan bu radyoyu 1 kişi dinliyor.

Yorumlar

Yorum Yok..

Hemen bir tane yorum eklemeye ne dersin ?

Yorumlar